Leopard 1 tankının çatdırılmasına razılıq verildibackend

Leopard 1 tankının çatdırılmasına razılıq verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Ukraynaya göndərilməsi gündəmdə olan Leopard 1 tanklarının çatdırılmasına razılıq verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Süddeutsche Zeitung” qəzetinin hökumət mənbələrinə əsaslandığı xəbərdə,məlumat verilib.

Bildirilib ki, sənaye ehtiyatlarından göndəriləcək tanklar təmir olunduqdan sonra istənilən vaxt təhvil verilə bilər.

Qeyd edək ki, alman silah istehsalçıları Rheinmetall və Flensburger Fahrzeugbau Gesellschaft (FFG) Ukraynanın istədiyi təqdirdə dəyəri 100 milyon avrodan çox olan köhnə Leopard 1 tanklarını təmir edib göndərə biləcəyini açıqlayıb.

NOCOMMENT.AZ