Lerikdə 149 min manatlıq abadlıq – Qalib şirkət kimindir?backend

Lerikdə 149 min manatlıq abadlıq – Qalib şirkət kimindir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerik Rayon İcra Hakimiyyəti “Vedibasar İnşaat” MMC ilə satınalma müqaviləsi bağlayacaq.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət Lerik şəhərində, Piran, Hamarmeşə, Siyov və Hamarat kəndlərində, parklarda, küçə və səkilərdə abadlıq işlərinin görülməsi ilə bağlı icra hakimiyyətinin keçiridiyi tenderin qalibi seçilib. Abadlıq işlərinə görə “Vedibasar İnşaat”a 149 985,25 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Vedibasar İnşaat” MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı Samux rayonu, Seyidlər kəndində yerləşən şirkətin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur. Orxan Əlizadədən əvvəl şirkətə Allahverdiyev Elxan Camal oğlu rəhbərlik edib.

Açıq mənbələrdə nə Orxan Əlizadə, nə də Elxan Allahverdiyev haqqında məlumat var. “Vedibasar İnşaat” MMC barəsində hər hansı məlumata rast gəlinmir.

Şirkət bundan əvvəl Şabran Şəhər İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Şabran şəhərində bir sıra işlərin görülməsi” ilə bağlı keçirdiyi tenderin qalibi olub.