Leysan yağışları nəticəsində 5 nəfər ölübbackend

Leysan yağışları nəticəsində 5 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiya, Sloveniya,Serbiyada, Bosniya və Herseqovina leysan yağışlar, tufanlar nəticəsində 5 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, Xorvatiyada ağacın aşması nəticəsində 3 nəfər həyatını itirib.

Mülki Müdafiə Birliyindən verilən açıqlamada paytaxt Zaqrebdə bir çox avtomobilə maddi ziyan dəydiyi bildirilib.

Sloveniyada fırtına səbəbiylə Bled şəhərində 1 nəfərin öldüyü açıqlanıb.

Yerli mətbuatda yayılan məlumatlara görə, ölkə daxilində çoxlu ağaclar aşaraq, nəqliyyatın hərəkəti dayandırılıb. Fırtına nəticəsində yaralananlara tibbi yardım göstərilib.

Bölgədəki ölkələrdən biri olan Brckoda əlverişsiz hava şəraiti nəticəsində 1 nəfərin öldüyü, 20-dən çox vətəndaşın isə yaralandığı bildirilib.

Fırtına Banya Luka şəhərinin şimalındakı hava limanının damını uçurub. Banja Luka hava limanından verilən açıqlamada fırtınanın şiddətli olduğu və dam örtüyünün zədələnməsi səbəbindən hava limanının nəqliyyata bağlandığı bildirilib.