Lider TV-nin növbəti məhkəmə iclasının tarixi açıqlanıbbackend

Lider TV-nin növbəti məhkəmə iclasının tarixi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (“Teleradio”) ilə “Lider TV və Radio-Azərbaycan” MMC arasında iş üzrə növbəti məhkəmə iclasının keçiriləcəyi tarix açıqlanıb.

NOCOMMENT.az-ın “Teleradio”nun yaydığı məlumata istinadən verdiyi xəbərə görə, iclas 16 iyun 2020-ci il tarixində saat 10:30-da Bakı Kommersiya Məhkəməsinin İnzibati binasının 13-cü məhkəmə iclas zalında keçiriləcək.

Qeyd edək ki, kreditor “Teleradio” İB borclu “Lider TV”yə qarşı iflas elan edilmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edilib.