Liderlərin görüş tarixi MƏLUM OLDUbackend

Liderlərin görüş tarixi MƏLUM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 14-də Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri arasında üçtərəfli görüş keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, “Blomberg”in yaydığı məlumata görə görüş Xəzərin sahilində yerləşən Avaza kurortunda baş tutacaq.

Məlumata görə danışıqlar zamanı Türkmənistan qazının Xəzər dənizi vasitəsilə tankerlərlə Azərbaycana, oradan isə boru kəməri ilə Türkiyəyə və Avropaya nəqlinin mümkünlüyü müzakirə olunacaq.

Məlumatda Türkiyənin strateji mövqeyindən istifadə edərək Avropaya əsas qaz tranzit marşrutuna çevrilmək istəydiyi qeyd olunub. Bunun üçün Türkiyə Trans-Anadolu qaz kəmərinin (TANAP) ötürmə qabiliyyətini iki dəfə artıraraq 32 milyard kubmetrə çatdırmağı planlaşdırır.