Lionel Messinin animasiya filmi çəkilirbackend

Lionel Messinin animasiya filmi çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya şöhrətli futbolçu Lionel Messinin “Sony”-yə bağlı musiqi şirkəti “Sony Music Entertainment” ilə birgə animasiya serialı hazırladığı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, serialda “Sony Music Entertainment”-ə bağlı sənətçilərin orijinal musiqilərinin səsləndiriləcəyi bildirilib.

Serial Messini video oyunundakı çətinliklərin öhdəsindən gələn bir oğlan kimi təsvir edəcək.

Serial haqqında danışan Messi, “Uşaqlıqdan cizgi seriallarını çox sevirəm, uşaqlarım da cizgi personajlarının böyük pərəstişkarıdır. Animasiya layihəsində iştirak xəyallarımdan birini gerçəkləşdirdiyinə görə məni xoşbəxt edir. “Sony Music”-ə təşəkkür edirəm və ümid edirəm ki, hər kəs nəticədən zövq alacaq” deyə açıqlama verib.

NOCOMMENT.AZ