Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib ki, ölkənin Seymi 2024-cü il üçün beynəlxalq missiyalar üçün mandatı təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu mandat Hind-Sakit okean regionuna hərbi personalın göndərilməsinin mümkünlüyünü nəzərdə tutur.
“…Dövlət Müdafiə Şurası Litvanın bölgədəki müttəfiq əməliyyatlarında iştirakına, 10 — a qədər əsgər və milli müdafiə sisteminin mülki işçilərinin oraya göndərilməsinə razılıq verdi”, – deyə Landsberqisbildirib.
Onun sözlərinə görə, lazım gələrsə, Litva beynəlxalq birliyin mövcud missiyalarında və ya regionda mümkün yeni əməliyyatlarda iştirak etməyə hazırdır.