Litva prezidenti Ukraynanı dəstəkləyəcəyinə söz verdibackend

Litva prezidenti Ukraynanı dəstəkləyəcəyinə söz verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva prezidenti Qitanas Nauseda Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəyə səfəri zamanı lazım olan müddətdə Kiyevə dəstək verəcəyini vəd edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Litva mediası məlumat yayıb.

Nausedanın qeyd etdiyi kimi, Vilnüs “qələbəyə qədər” Ukraynaya kömək etməyə davam edəcək. Litva lideri vurğulayıb ki, yardım həm maliyyə, həm də siyasi baxımdan göstəriləcək.

O, həmçinin NATO-nun Vaşinqtonda keçiriləcək sammitinin əhəmiyyətini qeyd edib, burada Ukraynanın alyansa üzvlük məsələsi ən vacib məsələlərdən biri olacaq.

“Bizi həm də cəbhədəki xəbərlər çox maraqlandırır, bu uzun sürən müharibənin nə qədər yorucu olduğunu bilirik və biz maraqlıyıq ki, Ukrayna bu müharibədə ən qısa zamanda tam qələbə qazansın”, – Nauseda bildirib.