KoronaVirus İnformasiya Portalı
Lotu Qulinin qardaşı haqda “proqon” yayıldı – “Oğru” adı əlindən alındı – FOTOFAKTbackend

Lotu Qulinin qardaşı haqda “proqon” yayıldı – “Oğru” adı əlindən alındı FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lotu Quli”nin ölümündən sonra qardaşı Namiq Səlifov barəsində “Proqon” yayılıb.

NOCOMMENT.az xəbər verir ki, artıq bununla bağlı keçmiş SSRİ ölkələrində olan həbsxanalara “Proqon” göndərildiyi bildirilir. “Proqon”da yazılır:

Kriminal aləm qanunları ilə yaşayan və ona laqeyd olmayan hər kəsi salamlayırıq. Praqonun əsas yazılma səbəbi Namiq Bakinskiydir. O, özünü qanuni oğru kimi təqdim edir. Biz oğrular nəzərinizə çatdırırıq ki, o qanuni oğru deyil və onu qanuni oğru kimi tanımayın. Bu özü-özünə ad verəni dəstəkləyən və onun yolunu gedənlərə etdikləri davranışa uyğun hərəkət olunacaq.

Bununla da bitiririk. Sizə Uca Allahdan hər şeyin ən müqəddəsini, qarşılıqlı anlaşma, uğurlar arzu edirik”.

Proqonu Şakro Molodoy, Oleq Şişkan, Badri Kutaiskiy, Edik Asatryan, Dato Krosnadarskiy, Quram Kvejoviç, Kaxa Parpaliya, Uqlava Georgiy, Axmed Şalinskiy, Albert Rıjiy, Ozmanov Şalva, Hacı Beyləqanskiy, Zaur Naxçıvanskiy, Emin Hacıqabulskiy, İlqar Dmanniskiy, Qleb Kineşemskiy, Roma Kürd, Qoradze Mindiya, Hüseyn Slepoy, Dato Surqutskiy imzalayıb.

Virtualaz.org isə yazır ki, hazırda mətni yayılan müraciət yeni deyil və bir il əvvəl göndərilib. Həmin vaxt Lotu Quli ilə digər kriminal generallar arasındakı ziddiyyətlər rəqibləri həm Namiq Səlifovu, həm də Qulini oğru titulundan məhrum etməyə çalışıblar. Lakin bu cəhd, sözlə verilən qərarın Lotu Quliyə sadiq kriminal avtoritetlər tərəfindən tanınmaması səbəbindən uğursuz olub.

Namiq Səlifovun qanuni oğru statusundan məhrum edilməsi məsələsi Lotu Qulinin kriminal imperiyasının varisi elan edildikdən dərhal sonra aktuallaşıb.

Təqribən, kriminal aləmə göndərilən mətnin altından Şakro Molodoy, Oleq Şişkan, Edik Asatryan, Dato Krasnodarski, Hacı Beyləqanski, Zaur Naxçıvanski, Roma Kürd və Hüseyn Slepoy da daxil olmaqla ən məşhur avtoritetlər tərəfindən imzalandığı diqqət çəkir. Onların bir çoxu Lotu Quli ilə onun nəzarət etdiyi sahələrin bölüşdürülməsi səbəbindən ziddiyyətli qarşıdurmada idilər.

Onların arasında son illərdə Səlifov qardaşları tərəfindən tacdan məhrum edilmiş bir neçə oğru da var. Bunlardan media materiallarından məlum olduğu kimi: Uqlava Georgiy, Albert Rıjıy, Quram Kvejoviç, Badri Kutaisskiydir.

Proqon

Unikal.org