LUKOIL xarici aktivlərini vahid paket kimi satmaq istəyir — Bloombergbackend

LUKOIL xarici aktivlərini vahid paket kimi satmaq istəyir — Bloomberg

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

LUKOIL özünə məxsus xarici aktivləri bir paket halında satışa çıxarmaq niyyətindədir.

NOCOMMENT.az-ın Bloomberg-ə istinadən məlumatına görə, potensial alıcılar arasında Əbu-Dabi Milli Neft Şirkəti (Abu Dhabi National Oil Company, ADNOC), eləcə də ABŞ-ın Carlyle, Chevron və Exxon Mobil şirkətləri var.

Məlumata əsasən, bəzi potensial alıcılar aktivlərin yalnız bir hissəsinin alınmasında maraqlıdır. Belə ki, Chevron və Exxon Mobil şirkətləri LUKOIL-in İraqdakı “Qərbi Qurna-2” yatağındakı payını araşdırır, ADNOC üçün isə şirkətin Özbəkistandakı aktivləri daha cəlbedici görünür.