“Lukoyl” Azərbaycandakı payını satır?backend

“Lukoyl” Azərbaycandakı payını satır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin “Lukoyl”a qarşı sanksiyalarının tətbiqindən sonra şirkət faktiki olaraq bütün qitələrdə yerləşən xarici aktivlərini satmaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” nəşri yazır.

Məlumata görə, hazırda şirkət Avropada üç neft emalı zavoduna, 20 ölkədə yanacaqdoldurma məntəqələri şəbəkəsinə, Avstriya və Finlandiyada sürtkü yağları istehsalı obyektlərinə malikdir. Bundan başqa şirkət Azərbaycan, Qazaxıstan və Özbəkistanda neft yataqlarının işlənməsində, Misir, Kamerun, Nigeriya, Qana və başqa yerlərdə layihələrdə iştirak edir və Meksikada neft yataqlarında iştirak edir . O, həmçinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) ən böyük səhmdarlarından biridir.

Dövlət Dumasının energetika komitəsinin sədr müavini Yuri Stankeviç qeyd edib ki, “Lukoyl” özünü həmişə yeni xarici bazarlarda Rusiyanın maraqlarını fəal şəkildə təbliğ edən milli şirkət kimi göstərib.

“Ehtimal edirəm ki, alıcı axtarışı barədə elan edilmiş qərar Rusiya neft sənayesi üçün riskləri hedcinq etmək və davam edən geosiyasi qarışıqlıq şəraitində biznes proseslərini tez bir zamanda yenidən qurmaq istəyi ilə bağlıdır. Hətta uzun məsafəli naviqasiya qabiliyyətinə malik gəmi də bəzən öz limanına qayıtmalı olur”, – o, “İzvestiya”ya açıqlamasında deyib.

Xatırladaq ki, Azərbaycanda “Lukoyl” ikinci ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edir, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə genişləndirmə konsorsiumunda 10%, “Şahdəniz” qaz yatağının işlənməsi üzrə konsorsiumda isə 19,99% paya malikdir. Şirkətin ölkədə bir sıra başqa aktivləri də var.

Xatirə SADİQ