Lukoyl-un rəhbərliyində 4-cü müəmmalı ölüm – Nə baş verir?backend

Lukoyl-un rəhbərliyində 4-cü müəmmalı ölüm – Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Rusiyanın “Lukoyl” neft şirkətinin vitse-prezidenti Vitali Robertus öz ofisində intihar edib. Onun meyiti Sretenski bulvarındakı ofisdə tapılıb.

“Robertus baş ağrısından şikayətlənib, sonra özünü ofisinə bağlayıb. Bir neçə saat oradan çıxmayıb və zənglərə cavab verməyib. Nəticədə şirkət işçiləri ofisə girmək qərarına gəlib və onun cansız bədənini aşkar ediblər”, – bildirilib.

Qeyd edək ki, Robertusun intihar etməsinin səbəbi açıqlanmayıb.

NOCOMMENT.azazpolitika”ya istinadən xatırladır ki, bu, “Lukoyl” şirkətinin rəhbərliyində artıq 4-cü ölüm hadisəsisidr. Belə ki;

– 2022-ci ilin may ayında şirkətin keçmiş vitse-prezidenti, əsas təchizat və satış şöbəsinin rəhbəri Aleksandr Subbotin müəmmalı şəraitdə vəfat edib. Subbotin alkoqolizmdən qurbağa zəhəri, xoruz qanı və ruhların köməyi ilə müalicə edən bir şamanla seans zamanı ölüb. Ölümün rəsmi səbəbi ürək çatışmazlığı kimi göstərilib;

-2022-ci il sentyabrın 1-də “Lukoyl”un Direktorlar Şurasının 67 yaşlı rəhbəri Ravil Maqanov müalicə aldığı Moskvada Mərkəzi Klinik Xəstəxananın 6-cı mərtəbəsində pəncərədən yıxılaraq dünyasını dəyişib;

-24 oktyabr 2023-cü ildə “Lukoyl”un Direktorlar Şurasının yeni rəhbəri Vladimir Nekrasov da vəfat ediv. Ölümün rəsmi səbəbi ürək çatışmazlığı olub;

Xatırladaq ki, 1 aprel 2022-ci il tarixində “Lukoyl”un faktiki təsisçisi və sahibi, azərbaycanlı sahibkar Vahid Ələkbərov gözlənilmədən şirkətin rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb və eyni zamanda şirkətin Direktorlar Şurasını tərk edib.