Luvr soyğunu muzey əməkdaşlarını şoka salmayıb – “Fiasko qaçılmaz idi”backend

Luvr soyğunu muzey əməkdaşlarını şoka salmayıb – “Fiasko qaçılmaz idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın məşhur Luvr muzeyinin 4 nəfər tərəfindən qarət olunmasına dair kinematoqrafiya sxemi bütün dünyanı sarsıtsa da, muzey əməkdaşlarına təsir etməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” yazır.

“Luvrdakı fiasko qaçılmaz idi” sərlövhəli məqalədə vurğulayır ki, bir qrup oğru muzey əməkdaşlarının illərdir əldə edə bilmədiklərinə bir neçə dəqiqə ərzində nail olublar. Oğrular muzeyin onilliklər boyu maliyyələşməməsi nəticəsində təhlükəsizlik infrasturukturunda yaranmış zəif nöqtəni üzə çıxarıblar.

KİV yazıb ki, maliyyələşmə ilə bağlı kifayət qədər şikayətlər aylarla toplansa da, muzeyin təhlükəsizlik infrastrukturuna qoyulan investisiyalar köhnəlmiş sistemlə ayaqlaşa bilmirdi.

“Biz aylardır həmkarlarımız arasında deyirdik ki, indiyədək dramatik hadisənin baş verməməsi inanılmazdır”, – sərgi zalının rəhbəri və Luvrun həmkarlar ittifaqının üzvü Eliz Müller nəşrə müsahibəsində deyib.

Onun sözlərinə görə, həmkarlar ittifaqı üzvləri “dəfələrlə və israrla” Fransa Mədəniyyət Nazirliyinə maliyyələşmə ilə bağlı problemlərin ciddiliyi, o cümlədən “təhlükəsizlik və nəzarət sahəsində ixtisaslaşan personalın ixtisarı” barədə xəbərdarlıq ediblər, lakin heç bir nəticəsi olmayıb.

Muzeyin idarə heyətinin məlumatına görə, Luvr özünü 68% maliyyələşdirir.

Fransa prezidenti Emmanuel Makron bu ilin əvvəlində Luvrun təmiri, o cümlədən təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və onun ən çox ziyarət edilən sərgisi olan da Vinçinin “Mona Liza” əsərinin ayrıca otağa köçürülməsi barədə planlarını açıqlamışdı.

“Politico” yazır ki, indi Makronun layihəsi xüsusilə aktualdır.

Xatırladaq ki, oktyabrın 23-də oğru olduğu iddia edilən şəxslərin Luvrdan tələsmədən çıxıb getmələrini əks etdirən video yayılıb. Görüntülərdə iki nəfərin –elektrik liftində muzeyin eyvanından yavaş-yavaş endikləri əks olunub. Lift kabinəsi endikdən sonra oğrular taxta hasarın arxasında gözdən itiblər və sonra skuterlərə minib uzaqlaşıblar. “The Telegraph” onların tələsmədən endiklərinə diqqəti cəlb edib.

Qəzet xatırladıb ki, oğrular fransız tacının səkkiz ləl-cəvahiratını oğurlayıblar və bu itki yalnız 2019-cu ildə Parisdəki Notr-Dam məbədində baş vermiş yanğınla müqayisə edilə bilər.

Xatirə SADİQ