Macarıstan Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədibackend

Macarıstan Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, Macarıstan Milli Assambleyasında Finlandiyanın NATO-ya üzvlüyü parlament tərəfindən 6 əleyhinə 182 səslə təsdiqlənib.

Qeyd edək ki, Finlandiya və İsveçin NATO-ya üzv olmasını Türkiyədən başqa bütün ölkələr təsdiqləyib.

Bir müddət əvvəl isə Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokol Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilib.

Protokol Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində də qəbul edilib.

NOCOMMENT.AZ