Macarıstanın İsveç və Finlandiya üçün təsdiqinə yaxınlaşırıqbackend

Macarıstanın İsveç və Finlandiya üçün təsdiqinə yaxınlaşırıq  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay Türkiyə, İsveç və Finlandiya arasında danışıqların yenidən başlaması üçün prezident Ərdoğanla razılaşdıqlarını xatırladan NATO-nun baş katibi Stoltenberq görüşün bu həftə Brüsseldə keçiriləcəyini bildirib.

NOCOMMENT xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Macarıstanın İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiqləməsi ilə bağlı irəliləyişin əldə edildiyini ifadə edərək, “Macarıstanın təsdiqinə yaxınlaşırıq” dedi.

NATO-nun mənzil-qərargahında Albaniya prezidenti Bayram Beqay ilə görüşən Stoltenberq Macarıstanın İsveç və Finlandiyanın NATO-ya üzvlük protokollarını ratifikasiya prosesi ilə bağlı sualı cavablandırıb və iki ölkənin NATO üzvlüyünün onun üçün prioritet olduğunu bildirib.