Ukraynaya təcili yardım edilməsə, Rusiya istəyinə nail olacaqbackend

Ukraynaya təcili yardım edilməsə, Rusiya istəyinə nail olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq açıq şəkildə müttəfiqlərindən Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi bağışlamalarını istəyib.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, Ukraynaya təcili yardım edilməsə, Rusiya istədiyinə nail olacaq və NATO torpaqlarına daha çox yaxınlaşacaq:

“Ukraynanın təcili dəstəyə ehtiyacı var. Çünki döyüş meydanında vəziyyət ağırdır. Maliyyələşmənin gecikdirilməsi birbaşa mənfi nəticələr verir. Hər gün hava hücumundan müdafiə vasitələrinin çatdırılmasında gecikmələr Rusiya raketlərinin daha çox hədəfi vurmasına imkan verəcək, nəticədə Rusiya Ukraynanı cəbhə xətti boyunca sıxışdırmağa nail olacaq.

Stoltenberq qeyd edib ki, Ukraynanın beynəlxalq hüquqa görə özünümüdafiə hüququ var:

“Bu, BMT-nin nizamnaməsində təsbit olunub. Bizim də Ukraynaya NATO müttəfiqlərini münaqişəyə cəlb etmədən özünümüdafiə hüququnu dəstəkləməkdə kömək etmək hüququmuz var”.