Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski özünü necə aparacağını bilmir.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində Ukrayna liderinin Slovakiyanın baş naziri Robert Fikonu tənqid etməsinə cavab olaraq bildirib.
“Sizin ən böyük probleminiz necə davranacağınızı bilməməyinizdir”, – deyə o vurğulayıb.
Bir gün əvvəl Zelenski Fikonu Rusiya qazının tranziti ilə bağlı mübahisəyə görə Ukraynaya qarşı enerji cəbhəsi açmağa çalışmaqda ittiham edib.