Magistral kəmərdə qəza oldu, su kəsildibackend

Magistral kəmərdə qəza oldu, su kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nizami rayonunun bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, rayonun Naxçıvani küçəsində (“Nazlı Saray” şadlıq sarayının yaxınlığı) magistral su kəmərində qəza baş verib.

Hazırda Bakı Sukanal İdarəsinin əməkdaşları qəzanı aradan qaldırır. İşlər 2-3 saat ərzində yekunlaşacaq.