Magistraturaya sınaq imtahanı keçiriləcəkbackend

Magistraturaya sınaq imtahanı keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi(DİM) tərəfindən 2023-cü il 29 yanvar tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.

 NOCOMMENT Trend-ə istinadən xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 566 nəfər qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.

İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.