Mahaçqala hava limanı fəaliyyətini bərpa etdibackend

Mahaçqala hava limanı fəaliyyətini bərpa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqala Beynəlxalq Aeroportu iğtişaşlardan sonra fəaliyyətini bərpa edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə hava limanının baş direktoru Səid Ramazanov TASS-a bildirib.

“Aeroport tam fəaliyyətini bərpa edib. Biz daxili və beynəlxalq reysləri qəbul edirik”, – agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, oktyabrın 29-da Mahaçqala hava limanında Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə əlaqədar kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları oradan çıxarıblar. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb, 60 iğtişaşçı saxlanılıb. Dağıstan hakimiyyəti və dini liderlər hadisəni pisləyib və bunu təxribatla əlaqələndiriblər.