Xəbər verdiyimiz kimi, 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 300 bal toplayan şagirdlərin siyahısı elan olunub.
NOCOMMENT.az xəbər verir ki, imtahanda 9 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
İştirakçıları arasında Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Tağızadə Samir Hikmət oğlu, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin şagirdi Vəlizadə Rafiq Ramil oğlu, Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızı və Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Həsənli Bəxtiyar Vüqar oğlu da 300 bal toplamaqla ən yüksək nəticəni göstərib./Metbuat.az/














