Mali Ukrayna ilə diplomatik əlaqələri kəsibbackend

Mali Ukrayna ilə diplomatik əlaqələri kəsib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mali hakimiyyəti Kiyevin silahlı terrorçulara dəstəyinə görə Ukrayna ilə diplomatik münasibətləri “dərhal kəsmək” qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, müvafiq sənəd Afrika ölkəsi hökumətinin saytında dərc olunub.

Qeyd olunur ki, bu, Ukrayna tərəfinin iyulun sonunda Mali hökumət qoşunlarının və onların tərəfində döyüşən “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) kolonnasına hücum edən Tuareq qəbiləsindən olan üsyançılara dəstəyi ilə əlaqədar qəbul edildiyini açıqlayıb. Mali bəyan edib ki, Ukraynanın hərəkətləri ölkənin suverenliyini pozur və beynəlxalq terrorizmi dəstəkləyir.

“Mali Respublikasının keçid hökuməti Ukrayna hakimiyyətinin neonasist və yaramaz xarakterini göstərən diaqnozu tam dəstəkləyir”,- bəyanatda deyilir.

Həmçinin, Mali hakimiyyəti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Kiyevin vaqneritlərə hücum üçün Tuareqlərə məlumat verməsi barədə bəyanatlarından sonra səlahiyyətli məhkəmə orqanlarına müraciət edəcək.