Aparıcı Aytən Səfərova arıqlamaq üçün dərmandan istifadə etdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, aparıcı qısa müddətdə 4 kiloqram çəki atdığını bildirərək, arıqlama prosesinə həkim nəzarəti ilə yanaşmağın vacibliyini vurğulayıb.
Aytən Səfərovanın sözlərinə görə, artıq çəki problemi olan insanların dərman istifadəsinə tənqidi yanaşması düzgün deyil:
“4 kiloqram arıqlamışam. Hamı deyir ki, niyə dərmandan istifadə edirsiniz? Araşdırdım. Kök adam düşünür ki, 5 gün yeməyəcəyəm, arıqlayacağam. Amma bunun arxasında müxtəlif problemlər durur”.
Aparıcı qeyd edib ki, arıqlamağa başlamazdan əvvəl orqanizmdə vitamin çatışmazlığı və digər sağlamlıq göstəriciləri yoxlanılmalıdır:
“Bədəndə hansı vitamin çatışmır, hansı göstəricilər qaydasında deyil – bunlar mütləq araşdırılmalıdır. Piylənmə bir xəstəlikdir. O, bir çox sağlamlıq probleminə səbəb olur”./yenisabah/











