Nüfuzlu "Forbes" jurnalı rusiyalı milyarderlərin ən zəngin varislərinin növbəti reytinq siyahısını dərc edib. Siyahının ilk pilləsində növbəti dəfə "LUKOYL" şirkətinin təsisçisi, həmyerlimiz Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov qərarlaşıb.
NOCOMMENT.az xəbər verir ki, aparılan son qiymətləndirmələrə görə, Yusif Ələkbərovun miras payı fantastik həddə – 29,5 milyard dollara çatıb.
Bu göstərici ilə o, Rusiyadakı digər milyarder övladlarını böyük fərqlə geridə qoyaraq ölkənin ən zəngin varisi statusunu qoruyub saxlayıb. "Forbes" ekspertləri bildirirlər ki, atası Vahid Ələkbərovun biznes imperiyasının və səhmlərinin dəyərinin artması gənc varisin də sərvət payının rekorda imza atmasına səbəb olub.













