Markov: Melkonyan kimilərin xatirə gecəsini keçirmək…backend

Markov: Melkonyan kimilərin xatirə gecəsini keçirmək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monte Melkonyan kimi şəxslərin xatirə gecəsini keçirmək qətiyyən yolverilməzdir. Bundan nəinki Azərbaycan, elə Rusiya ictimaiyyəti də hiddətlənib. Bildiyimiz kimi, Monte Melkonyan terror hücumlarının hazırlaması və həyata keçirməsi ilə tarixə düşüb. Bu tədbir ləğv edilməli, təşkilatçıları barəsində də hüquq mühafizə qurumları tərəfindən müvafiq tədbirlər görülməli, cinayət işi başlanmalıdır.

NOCOMMENT xəbər verir ki, bunu report-a rusiyalı politoloq Sergey Markov Rusiya Erməniləri İttifaqının təşkil etdiyi Monte Melkonyanın xatirə gecəsinə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, bu sayaq tədbirlərin qarşısı alınmasa, gələcəkdə xalqlar arasındakı gərginlik daha da artacaq: “Tərəflərdən biri mülki əhaliyə qarşı kütləvi zorakılıqda əli olan şəxsin xatirəsinə ehtiram göstərirsə, bu vəziyyət qalan tərəflərin, yəni Azərbaycanın, Rusiyanın, yaxud başqa ölkələrin şübhələnməsinə səbəb olur.

Ermənistan tərəfi öz addımları ilə kütləvi zorakılığı, terror hücumlarını tərənnüm edərək bu kimi əməllərin davam etdirilməsinə rəvac verir. Bu da zorakılıq çənbərini daha da genişləndirmək deməkdir ki, buna yol vermək olmaz”.