Masallı sakinlərində odlu silahlar aşkarlandıbackend

Masallı sakinlərində odlu silahlar aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı sakinlərində odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan NOCOMMENT.az -a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri – E.Cabbarov, Z.İsayev, X.Əliyev, N.Rəhmətov və H.Yağubovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.