Masallıda Qarabağ qazisi avtomobilini yandırıbbackend

Masallıda Qarabağ qazisi avtomobilini yandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazi özünə məxsus avtomobilini yandırıb.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə oktyabrın 31-də saat 18:20 radələrində Ərkivan qəsəbəsi ərazisində I Qarabağ müharibəsi iştirakçısı, 1972-ci il təvəllüdlü Rövşən Hüseynov özünə məxsus “Xəzər” markalı, 44-CE-790 dövlət nömrə nişanlı avtomobilini yandırıb.

Məlumata görə, Rövşən Hüseynov Qarabağ müharibəsi qazisidir və dövlət tərəfindən Ərkivan qəsəbəsində fərdi yaşayış evi ilə təmin olunub. O, həmçinin II qrup əlil kimi pensiya alır.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.