Mask əməkdaşlarına evdən işləməyi QADAĞAN ETDİbackend

Mask əməkdaşlarına evdən işləməyi QADAĞAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən zəngin şəxsi və “Twitter” şirkətinin yeni sahibi İlon Mask əməkdaşlara evdən işləməyin qadağan olunduğunu bildirib.

NOCOMMENT.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İ.Maskın şirkətin əməkdaşlarına ünvanladığı məktubunda deyilir.

Bildirilib ki, əməkdaşlar həftədə azı 40 saat ofisdə olmalıdırlar:

“Evdən işləməyə yalnız müstəsna hallarda və yalnız Maskın razılığı ilə icazə veriləcək”.

Qeyd edək ki, İlon Mask oktyabrın sonunda “Twitter”in 44 milyard dollara satın alınmasını tamamlamışdı. İş adamı şirkətin idarə heyətinin buraxılacağını və əməkdaşların ştat tərkibinin iki dəfə azaltmağı planlaşdırdığını açıqlayıb.