Mask: Zukerberq İtaliyada qəfəs döyüşünün şərtləri ilə razılaşmadıbackend

Mask: Zukerberq İtaliyada qəfəs döyüşünün şərtləri ilə razılaşmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq əvvəllər “Twitter” kimi tanınan “X” sosial media platformasının sahibi İlon Maskın qəfəs döyüşünün şərtlərini qəbul etməyib.

NOCOMMENT.az xəbər verir ki, İtaliyanın “ANSA” agentliyinin xəbərinə görə, Mask İtaliyada “Qədim Roma” mövzusu ilə gündəmə gətirilən qəfəs döyüşü ilə bağlı açıqlama verib.

Avqustun 11-də “X” platformasında İtaliyanın mədəniyyət naziri Gennaro Sangiulianonun qəfəs döyüşü ilə bağlı yazısına cavab verən Mask, Sangiulianoya “nəzakətinə və belə bir mədəni əyləncə təşkilatını planlaşdırmaq istəyinə” görə təşəkkür etdi.

“Qədim Romanın tarixini təbliğ edərkən biz həm də Amerika veteranları və İtaliyadakı uşaq xəstəxanaları üçün pul toplamaq istəyirdik. Zukerberq bu yanaşma ilə maraqlanmadığı üçün təklifdən imtina etdi”, – Mask deyib. 

Mask həmçinin, “Zuckerberg yalnız UFC tədbiri təşkil edərsə döyüşmək istəyir. Mən istənilən döyüşə hazıram”, – ifadəsini işlədib. 

Avqustun 13-də “X”ə rəqib olaraq açdığı “Threads” platformasında paylaşdığı mesajda Zuckerberg, “Məncə, hamımız İlonun ciddi olmadığı ilə razıyıq və indi davam etmək vaxtıdır”, – deyib.