Mastercard-ın əməliyyatlarında 40% artım qeydə alınıbbackend

Mastercard-ın əməliyyatlarında 40% artım qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bravo supermarketlərində Mastercard ilə ödəniş etmək indi həm etibarlı, həm də sərfəlidir.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycanda hazırlanmış Mastercard və ya Maestro kartına sahib olan və alış-veriş üçün həmin kartlarla ödəniş edən istənilən Bravo müştərisi hər ay baş tutan lotereyada işitak etmək şansı qazanır və təmassız ödənişlər zamanı həmin şans on qat artır. Kampaniya başlayadan bəri kart əməliyyatlarında 40%, təmassız əməliyyatlarda isə 70% artım qeydə alınıb.

Bu o deməkdir ki, insanlar nağd puldan yayınırlar və faydalarını gördükdən sonra daha etibarlı və təhlükəsiz ödəniş metodlarından istifadə edirlər. Lüks avtomobil uduşu üçün iyun ayının sonunda baş tutacaq ilk püşkatmaya yaxınlaşdıqca bu rəqəmlərin daha sürətlə artacağını gözləyirik.

Kampaniya Bravonun Azərbaycandakı bütün mağazalarında keçərlidir. Uduşlar 2 ədəd lüks Lexus avtomobili və 20 ədəd ən son model iPhone mobil telefonudur. Kontaktsız ödəniş edən istehlakçılar hər tranzaksiyada 10 qat daha çox şans qazanırlar. Qaliblər və püşkatma tarixləri hər ay www.bravomastercardlottery.com veb saytında elan ediləcəkdir.

Qeyd edək ki, Mastercard dünyanın 210-dan çox ölkə və bölgəsində fəaliyyət göstərir.