Maykl Cordanın ayaqqabısı rekord qiymətə satıldıbackend

Maykl Cordanın ayaqqabısı rekord qiymətə satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur basketbolçu Maykl Cordanın idman ayaqqabısı hərracda rekord qiymətə satılıb.

NOCOMMENT.az xəbər verir ki, hərrac evinin 2 ilə 4 milyon dollar arasında satılacağını təxmin etdiyi imzalı ayaqqabılar Cordanın hərracda satılan ən bahalı əşyaları arasında idi.

Ayaqqabı 2,2 milyon dollara alıcı tapıb.

Cordanın ayaqqabılarının əvvəlki rekord qiyməti 1,47 milyon dollar olub.

Qeyd edək ki, basketbolçunun 1998-ci ildə NBA finalında geyindiyi forma keçən il 10,1 milyon dollara satılıb.

NOCOMMENT.AZ