Mədəniyyət Nazirliyinə ittihamlar: Araşdırma başladı – Nə baş verir? / VİDEObackend

Mədəniyyət Nazirliyinə ittihamlar: Araşdırma başladı – Nə baş verir? / VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra incəsənət nümayəndəsinin dövlət tədbirlərinə dəvətlərdə şəffaf seçim mexanizminin olmadığını iddia etməsi ilə yaranmış qalmaqal bitmək bilmir.

NOCOMMENT.az İTV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, illərdir bu siyahıda eyni adlar olur.

Etirazçılardan biri olan Təranə Mahmudova bildirib ki, uzun illərdir caz vokalla məşğul olan müğənni kimi heç bir dövlət tədbirinə dəvət almır:

“Artıq neçə ildir ki, caz vokalla məşğul olan bir musiqiçi kimi heç bir dövlət tədbirində yoxam. Ümumiyyətlə, Azərbaycanı təmsil etmək istəyirəm. Neçə dəfə müraciət etmişəm, caz konsertlərimin olduğunu söyləmişəm. Dünyanın məşhur müğənnilərini bura dəvət etmişəm. Mənim hazır qrupum da var. Azərbaycanımızı təmsil edə bilərəm”.

Kamança ifaçısı Şəhriyar Musayev isə deyib: “Bu altı ay ərzində bizdən izahatlar götürüldü. Tək mən deyiləm, bir çox ifaçılar. Pərviz Qasımov, Almaxanım özü, bir çox sənətçilər dəvət olundu. Bizimlə daxili nəzarət şöbəsi əlaqə saxladı. İzahatlar alınsa da, çox təəssüf ki, altı ay ərzində nəticəsiz qaldı”.

Mədəniyyət Nazirliyindən bildirilib ki, yayılan iddialarla bağlı araşdırmalar aparılır.