Medvedev Zelenskiyə qarşı sui-qəsd cəhdini şərh edibbackend

Medvedev Zelenskiyə qarşı sui-qəsd cəhdini şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşada Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinə hazırlıqla bağlı yayılan məlumatları şərh edib.

NOCOMMENT.az xəbər verir ki, “Bu, yəqin ki, Qərbin onu məhv etmək qərarına gəldiyinin ilk sübutu ola bilər” – deyə, Medvedev qəribə iddia ilə çıxış edib.

Qeyd edək ki, Polşada Ukrayna xüsusi xidmət orqanlarının köməyi ilə Volodimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Məlumatda Zelenskiyə sui-qəsd cəhdinə dair təklif irəli sürən agent ifşa olunduğu bildirilib.

Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib ki, onun planı Polşanın Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, Rusiyaya ötürmək olub. Məlumata görə, burada Ukrayna liderinin ölkəyə səfəri zamanı ona sui-qəsd planı cızılıb.