Meğri gömrük məntəqəsinin rəisi həbs edildibackend

Meğri gömrük məntəqəsinin rəisi həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meğri gömrük məntəqəsinin rəisi Ovannes Əmirxanyan həbs edilib.

NOCOMMENT.az unikal.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi istintaq altında olan cinayət işi çərçivəsində Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla 5 nəfərə qarşı cinayət təqibinin başlandığını təsdiqləyib.

Onlar dövlət vəzifələrindən sui-istifadə etməkdə, vergidən yayınmaqda və buna kömək etməkdə ittiham olunurlar. Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərindən birinə və digər şəxsə qarşı qətimkan tədbiri olaraq həbs qətimkan tədbiri tətbiq edilib.