Məhkəmə Flora Kərimovanın vəsatətini təmin etdibackend

Məhkəmə Flora Kərimovanın vəsatətini təmin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Flora Kərimovanın Afət Fərmanqızıya qarşı iddiası əsasında Nərimanov rayon məhkəməsində hazırlıq iclası keçirilib.

NOCOMMENT lent.az-a istinadən xəbər verir ki, Aytən Novruzovanın sədrliyi ilə baş tutan hazırlıq iclasında Flora Kərimovanın vəkili Xavər İsmayılova vəsatət qaldırıb.

Vəkil Xalq artistinə qarşı işlədilmiş ifadələr üzərində linqvistik ekspertizasının keçirilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib. İş üzrə icraat dayandırılıb.

Qeyd edək ki, Flora Kərimova dəymiş mənəvi ziyana görə Afət Fərmanqızından 100 min manat tələb edib.

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.