Məhkəmə “Məlhəm Beynəlxalq Hospitalı”na cərimə kəsdi – QƏRARbackend

Məhkəmə “Məlhəm Beynəlxalq Hospitalı”na cərimə kəsdi – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami Rayon Məhkəməsində “Məlhəm Beynəlxalq Hospitalı” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni şirkətə cərimə kəsilib.

Qeyd: “Məlhəm Beynəlxalq Hospitalı” MMC-nin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.