Meksika narkokarteli 30-a yaxın Gürcüstan vətəndaşını girov götürübbackend

Meksika narkokarteli 30-a yaxın Gürcüstan vətəndaşını girov götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada narkotik kartelinin silahlıları 30-a yaxın Gürcüstan vətəndaşını girov götürüblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Girovlardan biri ailəsinə bir neçə telefon mesajı göndərə bilib. Onun sözlərinə görə, Gürcüstan vətəndaşları hansısa yerli narkotik kartelinin üzvləri tərəfindən əsir götürülüb.

O, digər 120 girovla birlikdə zirzəmidə saxlandığını və Gürcüstan vətəndaşlarının sərbəst buraxılması üçün 90 min dollar pul tələb edildiyini bildirib.

Əldə olan məlumata görə, girovlar arasında qadınlar da var. Əsir düşənlər arasında uşaqların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Göründüyü kimi, Gürcüstan vətəndaşları qeyri-qanuni olaraq Meksikada olublar. Onlar ABŞ-a köçmək üçün ölkəyə daxil olublar. Onlarla əlaqə bir neçə gün əvvəl kəsilib.

Sözügedən məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi təsdiqləyib. Mərkəzi hökumət vətəndaşları azad etmək üçün hərəkətə keçdiyini bəyan edib.