Məktəbdəki insidentə görə direktora xəbərdarlıq edildibackend

Məktəbdəki insidentə görə direktora xəbərdarlıq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbdə şagirdlər arasında baş vermiş insidentlə bağlı daha bir açıqlama yayıb.

NOCOMMENT.az xəbər verir ki, idarədən verilən məlumatda bildirilir ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib.

Rəsmi məlumata görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar.

Qeyd edilib ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və İdarə tərəfindən izlənilir.

Bununla yanaşı, baş vermiş hadisə ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmri ilə komissiya yaradılıb, aidiyyəti qurumlarla birlikdə araşdırma aparılıb.

Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktor vəzifəsini icra edən şəxsə xəbərdarlıq edilib.

Bununla yanaşı, məktəbin direktoruna təhsil müəssisəsində sağlam mühitin təmin olunması üçün pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət, sinif rəhbəri, Uşaq Birliyi Təşkilatı Rəhbəri və psixoloqa isə töhmət verilməsi tapşırılıb.

Eyni zamanda Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədi ilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub.