Məktəbdəki ŞOK OLAYLA bağlı təfərrüat – Belə yandırıb – VİDEObackend

Məktəbdəki ŞOK OLAYLA bağlı təfərrüat – Belə yandırıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

NOCOMMENT.az xəbər verir ki, iddialara görə, şagirdlər arasında əvvəllər də münaqişələr olub. Xəsarət yetirən şagirdin yaranmış problemlə bağlı dəfələrlə müəllimlərə müraciət etməsinə baxmayaraq, məsələ öz həllini tapmayıb.

Hadisənin təfərrüatı ilə bağlı danışan məktəblilərdən birinin sözlərinə görə, insidentə səbəb şagirdin uzun müddət “sıxışdırılması” (bullinq) olub:

“Deyilənə görə, həmin şagirdi əsəbiləşdiriblər, o da buna cavab olaraq əvəz çıxmaq istəyib. Uşaqlar onu sıxışdırıblar. Hətta o, bu barədə məktəb rəhbərliyinə də məlumat vermişdi, lakin heç bir tədbir görülmədi”. /Baku TV/