Məleykə Abbaszadəyə iki müavin TƏYİN EDİLDİbackend

Məleykə Abbaszadəyə iki müavin TƏYİN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadəyə iki müavin təyin edilib.

NOCOMMENT.az Modern.az-a istinadən xəbər verir ki, Namiq Babayev və Bəhrəm Xəlilov DİM İdarə Heyətinin sədrinin müavini vəzifəsinə gətirilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Qeyd edək ki, Namiq Babayev və Bəhrəm Xəlilov əvvəllər DİM-in Direktorlar Şurasının sədrinin müavinləri olub.

Ötən gün Prezident İlham Əliyevin sərəncamları ilə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası ləğv edilib. Sərəncama əsasən Müşahidə Şurası və İdarə Heyəti yaradılıb. Müşahidə Şurası Mərkəzə ümumi rəhbərliyi və nəzarəti, İdarə Heyəti isə Mərkəzin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təyin edilib. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov isə Müşahidə Şurasının üzvləri təyin olunub.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.