Meloni onu “faşist” adlandıran rok ulduzunu məhkəməyə verdibackend

Meloni onu “faşist” adlandıran rok ulduzunu məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın baş naziri Corciya Meloni “Placebo” qrupunun solisti Brayan Molkonun Turində verdiyi konsertdə siyasətçini “faşist, irqçi” adlandırmasından sonra məhkəməyə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, müğənni sözlərində italyan məmuru təhqir edib. Molkonun tamaşaçılardan çıxışı çəkməməyi xahiş etməsinə baxmayaraq, həmin anın video lenti internetdə yayılıb.

Molko LGBT hüquqlarını qorumaq çağırışı da daxil olmaqla müxtəlif mövzularda 10.000 pərəstişkarına müraciət edib.

Turin şəhər prokurorları hadisədən bir həftə sonra britaniyalı müğənni ilə bağlı araşdırmalara başlayıb.

Molkonun sözlərindən sonra yaranan reaksiya qrupun qastrol səfərinin davam edib-etməyəcəyini şübhə alsa da qrup avqustun 1-də İtaliyanın Sassari şəhərində səhnəyə çıxıb.

Qeyd edək ki, İtaliyanın cinayət məcəlləsinə görə, hökuməti, parlamenti və ya ordunu açıq şəkildə ləkələyən hər kəs 5000 avroya qədər cərimələnə bilər.

NOCOMMENT.AZ