Memarlıq və İnşaat Universitetində iki tender ləğv edilibbackend

Memarlıq və İnşaat Universitetində iki tender ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Memarlıq və İnşaat Universitetində həyata keçiriləcək iki elektron və texnologiya xidmətləri üzrə tender ləğv olunub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, universitetdə elektron sistemin avtomatlaşdırılması, ümumi məlumatların qorunması, müxtəlif sektorların ümumi informasiya sisteminə qoşulması və bütün modulların saz vəziyyətdə saxlanılması üzrə keçiriləcək tenderin ehtimal olunan qiyməti 19.620 AZN təşkil edirdi. Tender ləğv edilib, çünki satınalmada iştirak etmək üçün tələb olunan sayda təchizatçı — ən azı üç təchizatçı — iştirak etməyib.

Bununla paralel olaraq, şəbəkə serverinin təkmilləşdirilməsi və server texnologiyalarının saz vəziyyətdə saxlanılması üzrə digər tenderin ehtimal olunan qiyməti 19.680 AZN olub. Bu tender də eyni səbəbdən ləğv edilib.

Universitetdən verilən açıqlamada bildirilir ki, tələb olunan sayda təchizatçı iştirak etmədiyi üçün hər iki tender ləğv edilib.