Mənim addımım fondunun rəhbəri də istefa verdibackend

Mənim addımım fondunun rəhbəri də istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Mənim addımım” xeyriyyə dondunun icraçı direktoru Ovannes Kazaryan vəzifəsindən istefa verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Kazaryan feysbuk səhifəsində yazıb.

“Dekabrın 1-də verdiyim açıqlamama əsasən, bu gündən etibarən “Mənim addımım” xeyriyyə fondunun icraçı direktoru kimi fəaliyyətimə xitam verirəm”, – deyə Kazaryan bildirib.

Kazaryan qeyd edib ki, bir erməni və Ermənistan vətəndaşı kimi ölkədə baş verənlərlə əlaqədar olaraq onun prinsipial fikir ayrılığı yaranıb, faciə və buna gətirib çıxaran səbəblər üzündən mövcud vəziyyətə cavab olaraq, vəzifəsini tərk etmək qərarına gəlib.

“Bu il arxada qalan və hələ də yaşadığımız ən çətin günlər idarəetmədəki boşluqları, çatışmazlıqları vurğuladı, illər ərzində yığılan problemləri üzə çıxardı. Təəssüf ki, səhvlərimiz bizə çox baha başa gəldi. Qəhrəmancasına həlak olanlar üçün, kədərli analarımız üçün, övladlarımız üçün, xalqımız və gələcəyimiz üçün yaşamalı və yaşaya bilən bir dövlət qurmalıyıq”, – deyə fondun artıq keçmiş direktoru əlavə edib.

Qeyd edək ki, “Mənim addımım” xeyriyyə fondu Ermənistan Baş naziri Nikol Paşinyanın nəzarətindədir. Fondun Qəyyumlar Şurasının sədri Paşinyanın arvadı Anna Akopyandır.