Mərhum generalın oğluna vəzifə verilməsi xəbərinə aydınlıq gətirildibackend

Mərhum generalın oğluna vəzifə verilməsi xəbərinə aydınlıq gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən NOCOMMENT.az-a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.

Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin guya mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılmışdı.