Merkel koronavirusun niyə “yoxa çıxmayacağını” izah etdibackend

Merkel koronavirusun niyə “yoxa çıxmayacağını” izah etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Kansleri Angela Merkel bildirib ki, koronavirus pandemiyası Almaniyanı narahat edir, ancaq yerli hökümət bunun qarşının alınması üçün çalışır və bu kimi çalışmalar davam etdirilməlidir çünki koronavirus yoxa çıxmayıb və peyvənd tapılana kimi yox olmayacaq.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, Merkel videokonfrans şəklində olan mətbuat konfransında pandemiya ilə bağlı fikirlərini bölüşüb.
“Hər gün vəziyyəti nəzarətdə saxlayırıq. Almaniyada deyə bilərəm ki, bizi narahat edən hadisələr var, amma onları aradan qaldırmağı bacarırıq. Bunun üçün yerli hakimiyyət orqanlarına minnətdaram. İşləri bu cür davam etdirməliyik. Hazırda turizm ilə əlaqədar risk alırıq, buna görə vəziyyəti diqqətlə izləməliyik “.

Merkel tədbirlər görülsə də peyvənd tapılana kimi koronavirusun yoxa çıxmayacağını qeyd edib.