Meşə yanğınları 112 nəfərin həyatında son qoydubackend

Meşə yanğınları 112 nəfərin həyatında son qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çilidə davam edən meşə yanğınlarında həyatını itirənlərin sayı 112-yə yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, Çili prezidenti Qabriel Boric açıqlamasında meşə yanğınlarında onlarla insanın cəsədinin tapıldığını bildirib. O, ölkədə 2 günlük matəm elan edildiyini deyib.

Ərazidə müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün 1300-dən çox hərbçi cəlb olunub. Yanğın ocaqlarının 43-ü nəzarət altına alınıb. Təxminən 1600 nəfər sığınacaqlarda qalıb.