ABŞ və İsrail  yüksək döyüş hazırlığı vəziyyətində – İrandan hücum gözlənilirbackend

ABŞ və İsrail yüksək döyüş hazırlığı vəziyyətində – İrandan hücum gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar və İsrail İrandan mümkün hücum xəbərləri ilə əlaqədar hərbçilərini yüksək hazırlıq vəziyyətinə gətirib.

NOCOMMENT.az xəbər verir ki, “The New York Times” mənbələrə istinadən yazıb ki, İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib.

Bundan əlavə, onlar ehtiyatda olan bəzi əsgərləri hava hücumundan müdafiə bölmələrinə çağırıb, GPS siqnallarını bloklayıblar.

İranın da iki rəsmisi nəşrə bildirib ki, İslam ölkəsinin silahlı qüvvələri də yüksək döyüş hazırlığı vəziyyətindədir.