Meşələri qorumaq üçün Fransa milyardlarla avro sərmayə qoymalıdırbackend

Meşələri qorumaq üçün Fransa milyardlarla avro sərmayə qoymalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada, meşə yanğınları, quraqlıq və həddindən artıq istilər kimi iqlim dəyişikliyinin mənfi təsirlərinə məruz qalan meşələrin qorunması üçün on il ərzində 8-10 milyard avro sərmayə qoyulması lazım olduğu açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Fransa Kənd Təsərrüfatı Nazirliyi iqlim dəyişikliyindən mənfi təsirlənən meşələrin mühafizəsi planlarını əhatə edən yeni hesabat dərc edib.

Hesabatda meşələrin bu təsirlərdən qorunması üçün qarşıdakı on ildə 8-10 milyard avro sərmayə qoyulması lazım olduğu qeyd edilib və bu xərcin dövlət və özəl mülkiyyət sahibləri arasında bölüşdürüləcəyi bildirilib.

Hesabatda Fransadakı meşə sahələrinin isti və quraqlıq da daxil olmaqla iqlim dəyişikliyinin təsirləri ilə “narahatedici şəkildə təhdid altında” olduğu qeyd edilib.

NOCOMMENT.AZ