Meşələrin İnkişafı Xidmətində növbəti mübahisəli tender qərarıbackend

Meşələrin İnkişafı Xidmətində növbəti mübahisəli tender qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti maşın və avadanlıqların satınalınması ilə bağlı tender keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Testtech” MMC olub və qurumla şirkət arasında 98.146,5 manat dəyərində müqavilənin bağlanması gözlənilir.

Satınalmaya motorlu otbiçən və motorlu mişar, həmçinin kondisioner, printer və monoblok kompüter dəsti daxildir.

Məlumat üçün bildirək ki, hazırkı qalib “Testtech” MMC əslində 2017-ci ilin 26 sentyabrında “Aztoner” MMC adı ilə yaradılıb və şirkətin adı 2023-cü il 20 fevral tarixində dəyişdirilərək “Testtech” MMC olub. Şirkətin nizamnamə kapitalı cəmi 5 manatdır, qanuni təmsilçisi isə Amid Ağayev Ağalar oğludur.

Xatırladaq ki, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovdur.