Məşhur müğənni Şuşaya köçməyə hazırlaşırbackend

Məşhur müğənni Şuşaya köçməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Xuraman Şuşalı 30 illik həsrətinə son qoyub.

NOCOMMENT.az xəbər verir ki, əslən Şuşadan olan sənətçi bu günlərdə yenidən ata yurduna gedib.

Bununla bağlı Axşam.az-a açıqlama verən Xuraman səfərinin çəkiliş məqsədli olduğunu deyib:

“Şuşada olanda özümü çox xoşbəxt hiss edirəm. Bir dəfə ötən il getmişdim. İndi də çəkilişlə əlaqədar idi. Bizim Şuşadakı evimiz ən önəmli məhlələrdən birində yerləşir. İşğaldan sonra ermənilər evimizi yandırıb və yerində başqa bina tikiblər. Məhləmizi gördüm, oradakı bulağın yanında oldum. Şuşada yaşayış başlayandan sonra, əgər alınsa ora köçməyi düşünürəm. Həyat yoldaşımla belə bir planımız var. Evimiz təhvil verilsin, köçüb orada yaşayaq. Düşünürəm ki, Şuşaya yollar tam açılandan sonra hamı toyunu elə orada etmək istəyəcək. Bakıda da toy olsa, dəvət edilsəm gəlib aparacağam. İndi necə rayonlarda toylara dəvət alırıq, onda da Bakıya dəvət olunaram”.